İnsan resurslarının idarə edilməsi xidmətləri

ceo

İnsan resurslarının idarə edilməsi xidmətləri

İnsan resurslarının idarə edilməsi, kadr sənədlərinin hazırlanması, əmək müqavilələrin tərtibatı və digər kompleks kadr və idarəetmə xidmətləri.

İnsan resurslarının idarə edilməsi sahəsində aşağıdakı xidmətləri təqdim edirik:

 

  • işə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin yığılması, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
  • yeni işçilərə əmək kitabçalarının açılması;
  • yeni işçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
  • işdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
  • işdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;
  • aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
  • işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
  • dövlət orqanlarına hesabatların vaxtında verilməsi;
  • məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi;
  • qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin içşilərinə “Tibbi müayinə” kartlarının alınması və icbari tibbi sığorta olunması və s.