BSC Group-un Yeni il və 20 illik yubiley tədbiri

  • BSC Group-un Yeni il və 20 illik yubiley tədbiri

    BSC Group-un Yeni il və 20 illik yubiley tədbiri

    Dekabr ayında Bakıda keçirilən ölkəmizin aparıcı konsaltinq şirkətlərindən olan BSC Group qarşıdan gələn yeni il və şirkətin 20 illiyinə həsr olunmuş korporativ tədbir keçirdi.

    BSC Groupun təsisçisi İkram Mütəllimov şirkətin yaranma tarixi, keçdiyi inkişaf mərhələləri, əldə edilən nailiyyətlər, şirkətin  ötən ilki fəaliyyət göstəriciləri barədə ətraflı məlumat verdi. Cənab İkram Mütəllimov  öz çıxışında şirkətin fəaliyyətində əməyi olan hər bir əməkdaşa, onu dəstəkləyən tərəfdaşlara, şirkətin inkişafı yolunda onunla birgə addımlayan müştərilərə öz minnətdarlığını bildirdi.

    Sözügedən tədbirdə şirkət əməkdaşları ilə yanaşı peşəkar təlimçi və marketoloq  İlham Əfəndiyev, eyni zamanda İzolyasiya sektorunda professional təcrübəyə malik olan Evim İzolasyon MMC-nin direktoru Əhməd Mütəllimov da öz çıxışlarında tədbir iştirakçılarından söz açmış, şirkətin həyata keçirdiyi fəaliyyəti qiymətləndirmişlər.

    Bundan başqa, əyləncəvi-intellektual yarışmaların keçirilməsi, lotoreya və qaliblərə hədiyyələrin verilməsi isə tədbirin yaddaqalan anlarından biri olmuşdur.