INFORM ME Tarixdə ən uğursuz marketing

Tarixdə ən uğursuz marketing

  • Tarixdə ən uğursuz marketing

    Tarixdə ən uğursuz marketing

    Pepsi firması diqqət çəkmək üçün Filippində hədiyyə kampaniyası etməyə qərar verir. Hər şeyi hazır edir, qapağın altından çıxan bir şanslı nömrəyə isə 1 milyon peso ( 36,400$) ödəyəcəklərini bildirir. Bura qədər hər şey əladır.

    Ancaq çox “balaca” səhvə yol verirlər. Qalib seçiləcək “349” nömrəsi səhvliklə 500.000 qapağa həkk edilir. Ups!

    Hər kəs 36.400$-nı götürmək üçün həyacanla fabrikin qarşısına axın edir. Bu isə 1.9 milyard dollar potensial xərc demək idi.

    Siz Pepsi olsaydınız nə edərdiniz bilmirəm, amma Pepsi ödəmələrdən boyun qaçırır və güzəşt edərək, hər qalibə sadəcə 500 peso (19 dollar) təklif edir. Bir çox qalib həvəslə təklifi qəbul edir, ancaq əksəriyyət təklifə çox sərt reaksiya verir.

    Nəticədə, Anti-Pepsi koalisiyası formalaşır və Pepsi-nin əmlaklarını bombalayır, yük maşınlarını isə partladırlar.

    Siyasi, sosial və digər problemlərin qarşısını almaq üçün Pepsi əmlaklarını tikanlı məftillərlə gücləndirir, ancaq insanlar dayanmır.

    Hətta, etiraz zamanı vətəndaşlardan biri "burada ölsəm də ruhum Pepsi ilə mübarizə aparacaq" deyir. Hadisə 1992-ci ildə yaşanır və tarixə ən uğursuz marketinq hadisəsilərindən biri kimi yağlı qələmlə yazılır.

     

                                                                                                                                                 Mənbə: David Ogilvy – Reklamçının etirafları