INFORM ME Mühasibat uçotu nədir, nə üçün vacibdir?

Mühasibat uçotu nədir, nə üçün vacibdir?

  • Mühasibat uçotu nədir, nə üçün vacibdir?

      Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. 
     Müəssisənin gələcəyi idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv və düzgün qurulmasından son dərəcə asılıdır. 
     Mühasibat uçotu düzgün aparılmadıqda, gələcək maliyyə planlaşdırılması olmadıqda müəssisənin inkişafından söhbət gedə bilməz. Çünki hər bir yeni proyekt üzrə biznes planın hazırlanması, müəssisənin maliyyə büdcəsinin müəyyən edilməsi məhz müəssisənin maliyyə göstəricilərinin əsasında aparılır.
    Mühasibat uçotunun düzgün aparılmasında ilk növbədə qanun qarşısında məsuliyyət daşıyan müəssisə rəhbərləri maraqlıdır. 
    Bəs mühasibatlıq uçotu düzgün aparılmadıqda müəssisə hansı problemlərlə qarşılaşa bilər? 
    . Mühasibat uçotunun düzgün aparılmaması müəssisəni iqtisadi tənəzzülə apara bilər. 
    · Müəssisəni maliyyə sanksiyalarına, cərimələrə və əlavə peniyaların hesablanmasına məruz qoya bilər
    Azərbaycan Respublikasının qanunvericiliyində Vergilər Nazirliyinə öz fəaliyyəti barədə vaxtında etibarlı məlumat təqdim etməyən firmaların rəhbərləri üçün məsuliyyət nəzərdə tutulur. Belə ki,   
     Hesabat dövründə Vergi Məcəlləsinin 57.1 – ci maddəsinə uyğun olaraq vergi bəyannamələrini və ya DSMF haqqında hesabat təqdim etməmisinizsə, bu müddət bitdikdən sonra Sizə 40 manat məbləğində maliyyə cəriməsi tətbiq ediləcəkdir. Hesabatlar təqdim edildikdən sonra büdcəyə borc 5 gün ərzində ödənilməlidir. Əks təqdirdə, bütün bank hesabları bloklanacaq, bundan sonra, vaxtı ötürülmüş hər gün üçün ödənilməmiş verginin və ya hər gecikdirilmiş gün üçün cari vergi ödəməsinin 0,1 % nisbətində faiz tutulacaqdır. 
    Bundan sonra, hesablaşma hesabınız olmadan Siz pul vəsaitlərininzin köçürməsini həyata keçirə bilməyəcəksiniz və bu səbəbdən də maliyyə təsərrüfat fəaliyyətinizi dayandırmalı olacaqsınız.  Əlavə olaraq hesab üzrə fəaliyyətin dayandırılması haqqında qərar olduqda, bankın yeni hesablaşma hesabını açmaq hüququ yoxdur. Siz bütün gücünüzü hesablaşma hesabı üzərindəki həbsin götürülməsinə yönəltməyə məcbur olacaqsınız. Bundan əlavə müəssisənin rəhbərinin və ya təsisçisinin büdcəyə borcu olduqda onun ölkəni tərk etməsi üçün həbs qərarı verilir.   
    Bu kimi hallarla qarşılaşmamaq üçün mühasibat uçotunun bərpasının aparılması zəruridir, bu müddət ərzində onun bütün əhəmiyyətli və kiçik pozuntuları aradan qaldırılacaqdır. Mühasibat uçotunun bərpası müəssisəmizdə bir neçə mərhələdə aparılır. ( Qeyd – Bərpa müddəti bitdikdən sonra proqram baza məlumatları sifarişçiyə təhvil verilir) 
    1.   Keçmiş dövrlər üzrə məlumatların bərpa olunması (İlkin sənədləşməyə əsasən 1C və ya    digər ixtisaslaşdırılmış      proqram təminatına məlumatların daxil edilməsi və bərpa olunması) ; 
    2.   Vergiqoyma üzrə təhlil, məsləhət və tələb olunan nəticələrin tamamlanması; 
    3.   Bəyannamə və hesabatların vergi və digər dövlət orqanları, büdcədən kənar fondlara yenidən təqdim olunması;
    4.  Bərpa müddətinin müəyyən edilməsi.(Bərpa müddətinin başlanması müəssisənin qeydiyyat tarixi ilə üst – üstə   düşmürsə, o zaman ilkin qalıqları düzgün daxil etmək vacibdir);
    5.  İlkin sənədlər mövcud qanunvericiliyə uyğunluğunu təhlil edilir. (Toplanmış ilkin sənədlərin təhlili əsasında      çatışmayan məlumatları bərpa etmək və lazımi sənədləri yaratmaq mümkündür); 
    6.   Mühasibat uçotunun bütün sahələri ardıcıl bərpa edilir: bank, xəzinə, daxil olma, reallaşdırma, əsas vasitələr və s. ;
    7. Əmək haqqının düzgünlüyü, vergilərin hesablanması və fondlara ayırmaların, təqdim olunan hesabatların  etibarlılığı təhlil edilir ;
    8.  Təşkilat ümumi vergi sistemi altında fəaliyyət göstərirsə, ƏDV və gəlir vergisinin hesablanması formalaşdırılır və ya sadələşdirilmiş vergi sistemi çərçivəsində vahid bir vergi hesablanır; 
    9.   Lazım gələrsə vergi orqanlarına, DSMF – yə düzəliş bəyannamələrini və büdcədənkənar fondlara hesabat təqdim edilir, vergi və cərimələrin əlavə ödənişləri üçün ödəmə tapşırıqları doldurulur;
    10.  Vergi xidməti və büdcədənkənar fondlarla qarşılıqlı hesablaşmaların uzlaşdırılmasını həyata keçirilir;  
    QEYD: Mühasibat uçotunun bərpası xidmətinin dəyəri çox vaxt biznes sahiblərini qorxudur. Lakin səhv mühasibatla əlaqəli bütün risklər təhlil edilərkən məlum olur ki, maliyyə itkiləri profilaktik tədbirlərin dəyərindən dəfələrlə çox ola bilər.