-
- 18 Aug
İqtisadi böhran dövründə yaradılan 9 uğurlu şirkət
General Motors
Şirkət 1908-ci ildə iqtisadi tənəzzül dövründə yaradılıb.
1907-ci ildə maliyyə bazarlarındakı çaxnaşma 1910-cu ilədək davam etdi. Nəticədə bir çox şirkət iflasa uğradı.
“General Motors” 1908-ci ildə təsis edilib. Sondakı illərdə şirkət müxtəlif avtomobil brendlərini almağa başladı – “Oldsmobile” və “Cadillac”, 1918-ci ildə isə “Chevrolet”.
Bu gün “General Motors” təxminən 32 milyard dollar dəyərində qiymətləndirilir.
Hewlett-Packard
Şirkət 1937-ci ildən 1938-ci ilə qədər davam edən tənəzzül dövründə fəaliyyətə başlayıb.
Bu tənəzzül 30-cu illərin sonlarında, dünyanın böyük müharibə astanasında olduğu müddətdə başlamışdır. ABŞ-ın ÜDM-si 10% azaldı, işsizlik səviyyəsi 20%-a çatdı.
Rəsmi olaraq şirkət 1 yanvar 1939-cu ildə yaradılıb. Bu gün “Hewlett-Packard” 22 milyard dollar dəyərində qiymətləndirilir.
Burger King
İlk “Burger King” restoranı 1950-ci illərdə, Koreyada müharibənin genişləndiyi dövrdə yaradılıb.
İqtisadiyyatdakı tənəzzül 1953-cü ildən 1954-cü ilə qədər davam etmişdir. ABŞ-ın ÜDM-si 2,2% azaldı, işsizlik səviyyəsi isə 6%-a yüksəldi.
İlk baxşlarda restorana “Insta-Burger King” adı verilmişdir, 1954-cü ildə şirkət genişlənərək digər şəhərlərdə də fəaliyyətə başladı.
Bu gün “Burger King” restoranını ildə 11 milyon insan ziyarət edir.
Hyatt
Şəbəkə ilk otelini 1957-1958-ci illəri əhatə edən tənəzzül dövründə açmışdır. Həmin illərdə ÜDM 3,7% azaldı, işsizlik səviyyəsi isə 7,4%-a çatdı.
“Hyatt” ın rəsmi saytında qeyd edilmiş məlumata əsasən, sahibkar Cey Pritsker Los-Anceles beynəlxalq hava limanının yaxınlığındakı “Hyatt House” motelini alaraq biznesə başladı.
Bu gün “Hyatt Hotels Corporation” 5,6 milyard dollar dəyərində qiymətləndirilir.
Microsoft
“Microsoft” 1973-1975-ci illərdəki neft embarqosundan qaynaqlanan tənəzzül dövründə yaradılıb. Həmin illərdə OPEC ölkələri İsraili dəstəkləyən ölkələrə embarqo qoydu. Nəticədə, neftin qiyməti kəskin artdı, ÜDM 3,4% azaldı, işsizlik səviyyəsi isə 9%-a çatdı.
1987-ci ildə 31 yaşlı Bill Qeyts dövrün ən gənc milyarderinə çevrildi.
Bu gün “Microsoft” 1,3 trilyon dollar dəyərində qiymətləndirilir. Şirkətin 148 465 nəfərdən çox işçisi var.
CNN
Bu kanal 1980-cı illərin tənəzzülü dövründə yayımlanmağa başlayıb.
Həmin illərdə FED inflyasiyanın qarşısını almaq məqsədi ilə faiz dərəcəsini 22% səviyyəsində yüksəltdi. Bu, iqtisadiyyatın yavaşlamasına səbəb oldu, ÜDM 2%-dan çox azaldı, işsizlik səviyyəsi 7,8%-a çatdı.
1 iyun 1980-cı il tarixində “Cable News Network” və ya CNN kanalı yayımlanmağa başladı.
2019-cu ildə bu kanalın praym-taym aralığında izləyicilərinin sayı 1 milyonu ötdü.
Electronic Arts
Bu şirkət video oyun bazarının əsas oyunçularından biridir. “Electronic Arts” fəaliyyətə 1981-1982-ci illərdə başlamışdır.
Ölkədə işsizlik səviyyəsi 10,8%-a çatdı, enerji bazarının dərin böhran bürümüşdü.
1982-cı ildə “Electric Arts” şirkəti yaradıldı, bu gün o 33 milyard dollar dəyərində qiymətləndirilir. Şirkətin 9 700-dən çox işçisi var.
Uber
Bu şirkət 2007-2009-cu illər arasında davam edən tənəzzül dövründə yaradılıb.
Həmin illərdə ABŞ-ın ÜDM-si 4,3% azalmışdır, ölkədə işsizlik səviyyəsi 10%-a çatdı. Tənəzzül 18 ay davam etdi.
Daşınmaz əmlak bazarı da böhran içində idi, bank sektorundakı çətinliklər isə bir çox maliyyə institutunun iflası ilə nəticələndi.
Şirkətin saytında qeyd edildiyi kimi, “Uber” 2009-cu ilin mart ayında meydana gəlib. 2018-ci ilin iyun ayında isə onun sərnişin daşımalarının sayı artıq 10 milyarda çatmışdır.
Airbnb
“Airbnb” startapı da “Uber” kimi 2007-2009-cu illərdə yaradılıb.
İlk başlarda mənzillərin icarəsi üçün sayt yaratmaq ideyası çox da gəlirli olmamışdır. Buna baxmayaraq, 2019-cu ildə şirkətin kapitallaşması 31 milyard dollara çatdı.
Mənbə : banker.az